Ana Arı südü - 10 gr.
Ana Arı südü nədir?
Arı südü – arıçılıq məhsuludur. Arı südü 5-15 günlük körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır.
Saf arı südü xarici görünüşcə sarımtıl-ağ rəngli, spesifik iyli, turşaşirin dada malik xamayabənzər maddədir.
Tərkibi:
- Su – 65%
- Zülallar 15-18% (əsasən albuminlər və qlobulinlər)
arı südünün zülalları tərkibcə insan qanı zərdabının zülallarına yaxındır
- karbohidratlar 12-19% (qlükoza, fruktoza, saxaroza)
- vitaminlər A, D, C, B1, B2, B3, B6, B12, B15, H, E, PP, pantoten turşusu
- Ali karbon turşuları (kəhrəba, palmitin, stearin vəsairturşular)
- cinsiyyət hormonları (estradiol, testosteron, proqestron)
- mikroelementlər – Fe, Co,Ka, Ca, Na, Mg, Zn, Cu, Ni,Au
- asetilxolin ,stearinlər ,lipidlər
- fermentlər – amilaza, katalaza, invertaza, proteaza, xolinesteraza, turşfosfotaza
Təsirləri:
- antivirus (qrip və stomatit viruslarına təsir edir);
- güclü biostimullaşdırıcı, uşaqların böyüməsini stimullaşdırır;
- qanyaratmanı yaxşılaşdırır (qanda hemoqlobini, eritrositləri artırır, lakin leykositlərin miqdarını azaldır);
- daxili sekresiya vəzilərinin funksiyasını bərpa edir, insulin yaranmasını stimullaşdırır;
- qanda, beyin və qaraciyər toxumalarında xolesterinin miqdarini azaldır və fosfolipidlərin miqdarini artırır;
- həzm orqanlarının işini yaxşılaşdırır;
- qan dövranı orqanlarının işini yaxşılaşdırır, arterial təzyiqi normallaşdırır;
- maddələr mübadiləsını stimullaşdırı rvə orqanizmin qocalmasını ləngidir;
- yaddaşı yaxşılaşdırır və həyat tonusunu qaldirir;
- endokrin (o cümlədən, cinsiyyət) vəzilərinin funksiyasını stimullaşdırır;
- immun sistemini gücləndirir.
Göstərişlər:
- Yaşlı adamların həyat tonusunun qaldırılması
- xroniki qastrit və mədə və onikibarmaq bağırsağın xorası
- görmənin azalması
- xroniki qidalanma və bağırsaq pozğunluqları
- uşaqlarda böyümə vəi nkişaf ləngiməsi
- əsəb sisteminin sakitləşdirilməsi
- maddələr mübadiləsinin pozulması və arterial təzyiqin stabilləşdirilməsi
- kişi cinsi zəifliyi və kişi xroniki prostatiti
- mərkəzi sinir sisteminin funksional pozğunluqları
- sidik və ödyollarının xroniki xəstəlikləri
- ürək və qan-damar sistemi xəstəlikləri: anemiya, ürək ritminin pozulması, stenokardiya və ateroskleroz, ürəyin işemik xəstəliyi
Əks göstərişlər:
- kəskin infeksion xəstəliklər
- böyrəyin Addison xəstəliyi
- fərdi dözülməzlik və allergiya
İstifadə qaydası və dozası:
Saf arı südü profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün:
- Uşaglar üçün – gundə 0.2gr
- Böyüklər üçün - gundə 0.6gr
Yeməkdən 15dəgigə əvvəl, gundə 1-2 dəfə.
Südü tam sorulana qədər ağızda saxlamalı.
Bala 50/1 (HƏR 50 QR BALA 1QR SÜD) nisbətində qarışdırıb qəbul etmək də mümmkündür.

