Zabrus (balın gaymağı) - 1kg.
Zabrus (balın gaymağı) nədir?
Zabrus – adi mumdur, amma bu mumu arılar hazırlayır. Arı mumu bal dolu
şanıların üzərini örtmək üçündür. Yəni o, bal şanısı üçün qapaq və ya örtük
funksiyasını yerinə yetirir.
Arıçıların dilində zabrus, həmçinin,
“möhürcük” də adlanır.
Zabrusun insan
orqanizmi üçün faydası
Zabrus bir çox xəstəliklərin müalicəsinə kömək edən vasitədir. Bu mumun
faydalı cəhətləri, onun tərkibinə daxil olan maddələrin xüsusiyyətləri ilə
şərtlənir. Zabrus bioloji aktiv maddələrin ecazkar toplusundan ibarətdir. Bu
maddələr aşağıdakılardır:
·
propolis;
·
tozcuq;
·
çiçək
tozu;
·
bal;
·
arıların
tüpürcək vəzilərinin ifrazatı.
Müalicəvi təsirə malik bütün bu maddələr bir-birini tamamlayır. Qeyd etmək
lazımdır ki, zabrusun allergik fəallığı aşağıdır – o, iltihab əleyhinə və
antiseptik təsirə malikdir. Bundan əlavə, zabrus allergiyanı müalicə edir. Bu
xoşagəlməz xəstəlik zəif cərəyan etdikdə ilk 2 gün ərzində, gündə 5 dəfə arı
mumu çeynəmək lazımdır. 2 gündən sonra bu doza bir qədər azaldılır. Zabrus
gündə 3 dəfə, bir xörək qaşığı həcmində qəbul edilir. Bu tədbirlər
gözyaşarmanın, boğaz iltihabının və allergiya rinitinin aradan qaldırılmasına
kömək edir.
Zabrus uzun müddət istifadə edildikdə də aludəçilik yaranmır. Bu, onu
kimyəvi tərkibli preparatlardan fərqləndirir. Zabrus aşağıdakı xəstəliklərin
müalicəsində istifadə olunur:
·
artrit;
·
dayaq-hərəkət
aparatının xəstəlikləri;
·
osteomielit.
Bundan əlavə, zabrus aşağıdakı faydalı xüsusiyyətlərə malikdir:
·
ağız
boşluğunu dezinfeksiya edir;
·
tüpürcək
ifrazatını gücləndirir və həzm sisteminin işini yaxşılaşdırır;
·
disbakterioz
hallarında bağırsaqların mikroflorasının fəaliyyətini normaya salır;
·
maddələr
mübadiləsini aktivləşdirir;
·
immuniteti
artırır, soyuqdəymə və virus xəstəliklərinə davamlılığı artırır.
Rinit, qaymorit, rinit, eləcə də kəskin
reseptor xəstəliklər və kəskin reseptor virusa yoluxma hallarında hər saatdan
bir, 10 dəqiqə müddətində arı mumu çeynəmək lazımdır. Xəstəlik sağaldıqdan
sonra 3 gün fasilə vermək, daha sonra isə müalicəvi təsirin qorunub saxlanması
üçün 5 gün müddətində, gündə 1 dəfə arı mumu çeynəmək tövsiyyə olunur.


