Şabalıd balı (Qərbi Gürcüstan)
Şabalıd balı.
Geniş
çeşidli bal növləri arasında şabalıd balı ən faydalı bal növlərindən biri hesab
olunur. Şabalıd balı təkrarolunmaz ətri, kəskin dadı, cüzi acılığı və tünd-qəhvəyi
rəngi ilə digər növlərdən fərqlənir. Bu məhsulun rəng çaları nə qədər tünddürsə,
onun ətri də bir o qədər aydın hiss olunur.
Şabalıd
balı kifayət qədər uzun müddət – 3 ilədək xarlanmamış qala bilər.
Şabalıd balının insan orqanizmi üçün faydası.
- Qan
dövranı sistemi. Şabalıd balından ürək-damar xəstəliklərinin müalicəsi və
profilaktikası üçün istifadə etmək tövsiyyə olunur – bu bal bir ay qəbul
edildikdə ürək-damar sistemi möhkəm və elastik olur, ürəyin işi və
arterial təzyiq normaya düşür, ateroskleroz aradan qalxır.
- Şabalıd balı xəşəmbul və cökə ilə eyni səviyyədə
ən bakterisid bal hesab olunur. Bununla əlaqədar olaraq, şabalıd balından
yaraların, o cümlədən irinli
yaraların, yanıqların, eləcə də soyuqdəymə və zökəmin müalicəsində
istifadə edilir.
- Şabalıd balı əsəb pozğunluqları və yuxusuzluq
zamanı da faydalıdır. O, həm daxilə qəbul edilir, həm də bir neçə
prosedurdan ibarət bal vannaları hazırlanaraq müalicə kursu keçilir.
- Şabalıd balı «kişi cinsli» bal hesab olunur. Bu, onun dadı və müalicəvi
xüsusiyyətləri ilə bağlıdır. Belə ki, bu növ bal prostatit xəstəliyinin
müalicəsində və profilaktikasında istifadə edilir.
- Həmçinin, bu bal öd axarını stimullaşdırır və qaraciyərdə durğunluq halları və
ya digər problemlər müşahidə olunduqda istifadə edilir.
- Şabalıd balının turşuluq səviyyəsi aşağıdır və
o, mədənin selikli qişasını qıcıqlandırmır. Mədə-bağırsaq xorasının müalicəsində istifadə olunur.
- Şabalıd balı asanlıqla həzm olunur. O, ümumi
möhkəmləndirici xüsusiyyətə malik olmaqla, iştahı artırır və asan həzm
olunan, mükəmməl enerji mənbəyi hesab edilir.
- Şabalıd balının təkibi manqan, dəmir, mis,
fruktoza və müxtəlif vitaminlərlə zəngindir. O, tənəffüs yolları xəstəliklərində istifadə olunur, iltihab və şişləri
aradan qaldırır.
- Sidik-tənasül sistemində iltihabi proseslərin
aradan qaldırılmasına kömək edir. Varikoz damar genişlənməsi, tromboflebit
kimi xəstəliklərin müalicəsində istifadə olunur.
- Bu balın tərkibində çiçək tozunun miqdarı çox
deyil, buna görə də uşaqların və
allergiya xəstəliyindən əziyyət çəkən şəxslərin qidasına da müəyyən
miqdarda qatıla bilər. Onkoloji xəstəliklərin profilaktikasında istifadə edilir.
- Şabalıd balı kulinariyada da geniş tətbiq olunur.
Məsələn, həddən artıq şirin yeməyi sevməyənlər bu baldan həvəslə istifadə
edir. Şabalıd balı yeməyin dadını zənginləşdirə və yaxşılaşdıra, ona gözəl
ətir verə bilər. O, qarabaşaq, düyü, yulaf və s. sıyıq növlərinə qatılır.
Yarmalara qatıldıqda o, yeməyi dadlı etməklə bərabər, faydalı xüsusiyyətlərini
də artırır. Şabalıd balı müxtəlif kremli desertlərin, yoqurtların,
dondurmaların, şirniyyatların, salatların və mussların hazırlanmasında da
istifadə olunur.
Gündəlik
norma 60-100 qr miqdarında, bir
neçə dəfə qəbul etmək tövsiyyə olunur. Uşaqlar üçün bu göstərici 2 dəfə
azaldılır.


