Çiçək tozu - 250 gr.

Çiçək tozu - 250 gr.

Çiçək tozu - 250 gr.

Kod:PP-02
Mövcudluğu:Satışda var
  • 25,0 AZN

Çiçək tozu nədir?

Çiçək tozu – həşaratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilmiş çiçək tozcuqlarıdır. Çiçək tozu vitaminlərin və natural harmonların təbii xəzinəsidir. Bu bitkilərin həyata başlanğıc verən cinsiyyət hüceyrələridir.

Çiçək tozunun tərkibi:

Çiçək tozunun tərkibində insanın qida ilə almalı olduğu bütün amin turşuları var. Bu amin turşularını orqanizm özü istehsal edə bilmir.

Çiçək tozunda 27 mikroelement tapılıb. Bunların arasında ürək əzələlərini qorumaq üçün orqanizmə lazım olan kalium, qan yaratmaq üçün zəruri olan dəmir, mis və cinsi fəaliyyət üçün zəruri olan kobalt var.

Çiçək tozunun tərkibində həmçinin həyat üçün vacib olan fosfor, sink, yod, maqnezium və s. var.

Çiçək tozu karotinoidlər, Provitamin A, B qrupu vitaminləri, C, E, D, P vitaminləri, fitoharmonlar, (o cümlədən böyümə faktoru-geteroayksin) və antibakterial maddələrlə zəngindir. Rekord miqdarda olan rutin ürək xəstəliklərinin profilaktikasını həyata keçirir: o kapilyarların divarlarını möhkəmləndirir,bununla da ürəyin fəaliyyətini yaxşılaşdırır. Çiçək tozunda maddələr mübadiləsi prosesində mühüm rol oynayan bir sıra fermentlər tapılıb. Çiçək tozunun antibakterisid maddələri orqanizmin virus və bakteriyalara qarşı müqavimətini aktivləşdirir.

Farmakoloji təsiri:

1. antisklerotik və həyat tonusu qaldırılmaq

2. maddələr mübadiləsinin tənzimləməsi

3. antimikrob, antivirus və göbələk əleyhinə

4. ümumi möhkəmləndirici və antioksidant (hüceyrə daxili yağların oksidləşməsinin qarşısını alır, bu da şiş xəstəliklərinin profilaktikasında və uzunömürlülük üçün vacibdir)

Çiçək tozu:

- stressə qarşı davamlılığı artırır və immun sistemini stimullaşdırır;

- radiasiyaya davamlılığı artırır;

- qara ciyər toxumalarının funksiyasni bərpa edir;

- qanın laxtalanmasını və qanda xolesterinin miqdarını azaldır;

- qan-damar sisteminin işini yaxşılaşdırır , həzm prosesini normallaşdırır, sidik və öd ayrılmasınl stimullaşdırır;

      - bağırsaqda mikroorqanizmlərin inkişafını ləngidir və funksiyalarını tənzimləyir,orqaniznin müxtəlif xarici faktorlara müqavimətini artırır;

      - fiziki və əqli iş qabiliyyətini artırır;

      - prostat vəzinin gipertrofiyasının fəsadlarını azaldır;

      - dərinin vəziyyətini yaxşılaşdırır və cavanlaşdırır;

      - kişi cinsi qabiliyyətini artır.

Çiçək tozu məsləhət görülür:

1. veqetativ nevrozlarda, baş ağrılarında,yaddaşın azalmasında;

2. maddələr mübadiləsinin pozulması və boy artımının ləngiməsində;

3. onikibarmaq bağırsağın qastrit və xorasında;

4. nazik və yoğun bağırsaqların kolit, enterit və digər xəstəliklərində;

5. böyrəyin xroniki xəstəliklərində, prostatitlərdə;

6. prostat vəzinin adenomasında,cinsi zəiflik və impotentlikdə;

7. zədələnmiş toxumaların bərpasında;

8. qocalma proseslərinin profilaktikasında;

9. ürək və qan-damar sistemi xəstəlikləri: anemiya, ürək ritminin pozulması, stenokardiya və ateroskleroz, ürəyin işemik xəstəliyi;

10. hamiləlikdə;

11. immunitetin zəifləməsində və qara ciyərin bərpasında;

12. uşaqların böyüməsini yaxşılaşdırmaq üçün;

13. iştahın artırılması üçün;

14. arıqlama zamanı orqanizmin vəziyyətini yaxşılaşdır;

15. Çiçək tozu həmçinin uzun müddtəli xəstəliklər və çərrahiyyə əməliyyatları nəticəsində zəifləmiş orqanizmin bərpası üçün məsləhət görülür.


İstifadə qaydası və dozası:

- Böyüklər üçün – 1 çay gaşigi,  gundə 2 dəfə, yeməkdən 15-20 dəgigə əvvəl

- Uşaglar üçün - 0.5 çay gaşigi, gundə 2 dəfə, yeməkdən 15-20 dəgigə əvvəl

Çiçək tozunu həzm olub sorulana qədər ağızda saxlamaq məsləhətdir.

Çiçək tozunu  balla 1/1 nisbətində də qəbul etmək məsləhət olunur


Əks göstərişləri: 

- allergiya və fərdi dözülməzlik.