Erkək arının südü(homogenat) - 40gr.

Erkək arının südü(homogenat) - 40gr.

Erkək arının südü(homogenat) - 40gr.

Kod:PP-03
Mövcudluğu:Satışda var
  • 30,0 AZN

Erkək arı südü (erkək arı homogenatı) nədir ?

Erkək arı homogenatı (erkək arı südü, sürfə südü) şanı parçalarının yenicə möhürlənmiş, yaxud hələ açıq olan sürfələrlə birlikdə preslənməsi (sıxılması) yolu ilə alınır. Sıxılmadan sonra qatı maye alınır.

Erkək arı homogenatının tərkibinin 50%-i dişi arı südünün tərkibi ilə eynidir. Təbii maddələrin qalan 50%-i isə tamamilə unikal xüsusiyyətlərə malikdir və hazır məhsula təkrarolunmaz keyfiyyətlər bəxş edir. Homogenat öz tərkibində böyük miqdarda funksional fermentlər qrupunun, sulfhidril qrupunun, eləcə də hormon-testosteroidlərin, prohesteronun və estradiolun mövcudluğu ilə dişi arı südündən fərqlənir.

Erkək arı südünün faydalı xüsusiyyətləri:

Bu cür unikal maddələr kompleksi sayəsində erkək arı homogenatı androgenlərin yaranma intensivliyinin tənzimlənməsinin mərkəzi mexanizmlərini stimullaşdırmaqla toxumluğun və prostat vəzinin biokimyəvi və massometrik xüsusiyyətlərinin sürətlə bərpa olunmasına, kişilərdə spermanın yaranmasına (spermogenezə) kömək edir və qadınlarda yumurtalıqların funksiyasını bərpa edir. Qan damarlarının tonusunu və qan dövranının səviyyəsini tənzimləməklə yüksək arterial təzyiqin aşağı salınmasını təmin edir, eləcə də qanda xolesterinin səviyyəsini tənzimləyir.

Homogenat güclü sağlamlaşdırıcı və cavanlaşdırıcı təsirə malikdir. Onu hamı qəbul edə bilər. Hormonlarla və В, Е, А qrup vitaminləri ilə zəngin olan bu maddənin tərkibində B-karotin, eləcə də pantoten, nikotin və folio turşuları var. Vitamin D tərkibinə görə homogenat balıq yağından da üstündür, hormon əvəzləyicisi deyil, insan orqanizmi üçün tam yararlı olan təbii maddədir.  

Təbii erkək arı homogenatından müxtəlif məhlullar və balzamlar, məlhəmlər hazırlamaq, balla, tozcuqla, propolislə və s. qarışdırmaq və müxtəlif xəstəliklər zamanı istifadə etmək olar. Erkək arı homogenatından hazırlanmış məlhəm trofik xoraların, varikoz damar genişlənməsinin, tromboflebitin müalicəsi üçün faydalıdır. Məlhəmlə eyni zamanda homogenatı daxilə də qəbul etmək, yəni patologiyaya iki tərəfdən təsir göstərmək lazımdır. Düzgün müalicə apardıqda təxminən bir həftədən əvvəl yaralar dartılaraq sağalır. Bu məhsuldan mütəmadi istifadə olunması prostatit, adenoma, lipoma, mastopatiya, fibroma kimi xəstəliklərin qarşısını almağa, eləcə də müalicə etməyə kömək ola bilər. Homogenatın təsirini daha effektiv etmək üçün o, orqanizmin ümumi bərpasını təmin edən tozcuqla birlikdə tətbiq olunur.

Erkək arı homogenatı fitoterapiya ilə birlikdə uğurla tətbiq olunur. Dərman bitkiləri ilə qarışdırılmış erkək arı homogenatı göz xəstəliklərinin  müalicəsi, bioloji stimullaşdırma və pəhriz yeməkləri üçün istifadə olunur. Homogenat 2:1 nisbətində balla qarışdırılaraq zəifləmiş insanlara və uşaqlara gündə 1-2 çay qaşığı miqdarında verilir.

Beləliklə, erkək arı homogenatı aşağıdakı xüsusiyyətlərə malikdir:

  1. Cinsi həvəsi, fiziki iş qabiliyyətini artırır;
  2. Orqanizmin tonusunu qaldırır;
  3. İştahı yaxşılaşdırır, yuxunu normaya salır;
  4. Mərkəzi sinir sisteminin tənzimlənməsinə kömək edir;
  5. Maddələr mübadiləsini və toxumaların qidalanmasını təmin edir;
  6. Orqanların pozulmuş funksiyalarını normaya salır;
  7. Ürək-damar sisteminin tonusuna və qan dövranının səviyyəsinə tənzimləyici təsir göstərməklə arterial təzyiqin sabitləşməsinə kömək edir; 
  8. Qanda xolesterinin miqdarını azaldaraq aterosklerozun inkişafının qarşısını alır;
  9. Endokrin sisteminin fəaliyyətini yaxşılaşdırır;
  10. Yüksək fiziki və emosional gərginliyə dayanıqlığı artırır;
  11. İltihab əleyhinə və yarasağaldıcı təsir göstərir;
  12. Erkək arı südü uşaqlara ümumi möhkəmləndirici təsir göstərir, yaddaşı və diqqəti gücləndirir, iştahı və görmə qabiliyyətini yaxşılaşdırır.

 

 

Tətbiqi :

 

Qadın və kişi sonsuzluğu, klimaks hallarında;

 

• Cinsi funksiyaların pozulması (əsasən, kişilərdə), prostatit, prostat vəzinin adenoması zamanı;

 

• Qalxanabənzər vəzinin iş qabiliyyətini bərpa etmək üçün (hipoterioz zamanı);

 

• Cinsi çatışmazlıq hallarında;

 

• Kimyəvi terapiyadan və şüa terapiyasından sonra;

 

• Asteniya, fiziki və psixi yorğunluq, stress və depressiya hallarında;

 

• Ürək-dama xəstəliklərinin, aterosklerozun profilaktikası və müalicəsi zamanı;

 

• Gərgin əqli iş zamanı və idmanla məşğul olarkən enerji sərfiyyatının bərpası üçün;

 

• orqanizmin təbii müdafiə gücünün artırılması üçün;

 

• yuxunun normaya salınması üçün (amma axşam vaxtlarında qəbul edildikdə yuxusuzluq yarada bilər);

 

• mərkəzi sinir sisteminin daha yaxşı tənzimlənməsi üçün;

 

• maddələr mübadiləsinin və toxumaların qidalanmasının bərpası və normaya salınması üçün

 

istifadə olunur.



İstifadə üsulu:

Yeməkdən 30 dəqiqə əvvəl 1 və ya 2 dəfə, təmiz halda 2 qram qəbul edilir. 

Həmçinin, 2/1 nisbətində balla qarışdıraraq qəbul etmək olar.

3-5 dəqiqə ərzində ağızda sorulduqdan sonra udulur.

Kurs 21 gündür.

Uşaqlar üçün bu doza 2 dəfə azaldılır.

12 yaşınadək qızlara tövsiyyə olunmur.



Əks göstəriciləri:

Arlıçılıq məhsullarına qarşı fərdi davamsızlıq hallarında tövsiyyə olunmur.