Meşə balı
Kasnı balı
Əsl kasnı balı tünd qəhvəyi rəngdə olur və dadından çöl və ya tarla balı növlərini xatırladır. Tarla balından fərqli olaraq, kasnı balında heç bir acıtəhər təm olmur – o, xoşagələn və yumşaq dada malikdir. Pətəklik Zaqatala rayonunun Danaçı kəndindədir.
Kasnı balının insan orqanizmi üçün faydası
1. Kasnı balı ürək-damar və qan dövranı sisteminin, həzm orqanlarının müalicəsində istifadə olunur.
2. Mikrob əleyhinə güclü təsirə malikdir və müxtəlif yoluxucu xəstəliklərlə, o cümlədən zökəmlə mübarizə aparmağa kömək edir.
3. Aşağıdakı xəstəliklərin müalicəsində faydalı hesab olunur:
- Hipertoniya;
- Böyrəklərin və sidik kisəsinin iltihabı;
- Stenokardiya;
- Mədə-bağırsaq xəstəlikləri;
- Yoğun bağırsağın iltihabı və köpmə.
4. Kasnı balı sinir sisteminə müsbət təsir göstərir, yuxusuzluğun, depressiyanın, əsəbiliyin və başağrısının aradan qaldırılmasında kömək edir.
5. Aritmiya zamanı kasnı balı gün ərzində çay qaşığı ilə qəbul edilir. Müalicə kursu 30 gündür, amma bu zaman balın sutkalıq dozası 150 qramdan artıq olmamalıdır.
6. Stenokardiya zamanı kasnı balı əzvay şirəsi ilə qarışdırılır. 300 qram kasnı balına 100 qram əzvay şirəsi, 500 qram narın doğranmış qoz və bütöv bir limonun şirəsi qatılır. Bu məhlulu soyuducuda saxlamaq və gündə 3 dəfə bir xörək qaşığı miqdarında qəbul etmək lazımdır. Hazırlanmış məhlul tam qurtardıqdan sonra 7-8 günlük fasilə vermək və sonra müalicəni davam etdirmək lazımdır. Bu kurs 1 il müddətinə nəzərdə tutulur.
Gündəlik norma 60-100 qr miqdarında, bir neçə dəfə qəbul etmək tövsiyyə olunur. Uşaqlar üçün bu göstərici 2 dəfə azaldılır.



