Propolis - 100 gr.
Propolis
nədir?
Propolis arılar tərəfindən
ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri
toplayıb emal etməklə alınır. Bu plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya
qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir. 15-17°-də
bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır.Propolisin tərkibində
50-55% qatran, 30%-ə qədər mum, 8-10% efir yağları və bundan başqa müxtəlif
vitaminlər və mikroelementlərlə zəngin olan 5%-ə qədər çiçək tozcuğu vardır.
Farmakoloji təsirləri
Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli
olaraq propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir. Bundan başqa
propolisin iltihabəleyhinə, yaraları tez bərpa edən, büzücü,
keyidici(analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici,
immunostimulyator və s. təsirləri vardır.
Angina: Xəstəliyin istənilən mərhələsində ən səmərəli təsir göstərən
vasitədir. Yalnız yüksək keyfiyyətli propolis tez təsir göstərir. Bunun üçün
boğazı hər gündə 3-5 dəfə 20%-li propolis məhlulu ilə qarqara etmək (bunun üçün
10-15 damcı məhlulu yarım stəkan suya damızdırıb istifadə edilir), və ya təmiz
propolis yeməkdən sonra dırnaq böyüklükdə götürülüb ağızda asta-asta çeynəmək
lazımdır. Gün ərzində 5 qrama qədər yemək, gecə isə orada yapışdırmaq lazımdır.
Xatırladaq ki, propolis keyidici təsirə malik olduğu üçün dili bir qədər
keyidir.
Orta qulağın xroniki iltihabı: Propolis 30-40%-li spirtli məhlulunun bitki
yağı ilə, yaxşı olar ki, zeytun və ya qarğıdalı yağı ilə qarışdırmaq (1:4)
istifadə etməzdən əvvəl çalxalanmalıdır.Qulağa bu emulsiya ilə isladılmış
tənzif borucuğu qoyurlar. Yaşı 5-dən çox olan uşaqlara hər gecə 10-12 saatlığa
(10-14 prosedura), yaşlılarda günaşırı 36-38 saatlığa (10-12 prosedura)
qoyulur.
Kəskin və xroniki kolit: Propolisin 20%li spirtdə məhlulundan gündə 3 dəfə
hər dəfədə 40 damcı südə qatıb içmək. Pəhrizə əməl etmək lazımdır. Müalicə
kursu 20-30 gündür.
Vərəmumun spirtdə cövhəri
Vərəmumu 2-3 mm ölçülərə qədər xırdalayın. Bunun üçün vərəmumu
soyuducuda bir neçə saat saxladıqdan sonra TYORKADA sürtüb xəlvirdən keçirmək
olar.Bu əməliyyat vərəmumum spirtlə kontakt sahəsini böyütməyə və daha çox maddənin
ekstraksiya olumnasına imkan verir.
Sonra bu vərəmumu şüşə qaba töküb üstünə spirt (70% -90%-li)əlavə edib
ağzını hermetik bağlamalı və quru və qaranlıq yerdə 8-10 gün saxlamalı. Bu müddət
ərzində qabı vaxtaşırı (gündə3-4 )dəfə silkələmək və spirtlə vərəmumun daha
yaxşı qarışmasını təmin etmək lazımdır. On gündən sonra qabı bir neçə saatlığa
söyuducuda saxladıqdan sonra süzmək lazımdır.
Cövhər hazırdır. Cövhər sarıdan tünd qonura qədər müxtəlif rənglərdə xoşagələn
spesifik ətirli şəffaf mayedir.
İstifadə qaydası və dozası
Cövhər həm daxili , həm
xarici, həm də aerozol müalicə üçün tətbiq edilə bilər.
Xarici istifadə ağızın selikli qişasının, diş ətinin və xroniki tonzillitin
müalicəsində istifadə edilir.
Daxili qəbul qrip və soyuqdəymələrdə, kəskin və xroniki bronxitlərdə,
iltihablarda və ağciyər vərəmində, mədə və onikibarmaq bağirsağın xorasında, kəskin
və xroniki kolitlərdə istifadə olunur.
Doza 20-60 damcıdır. Cövhər ¼ və ya 1/2 stəkan suya və ya südə əlavə edilir. Bu
zaman südrəngli xirda lopalari-yumrulari olan emulsiya əmələ gəlir.
Xəstəlikdən asılı
olaraq müalicə kursu 5-40 gün. Mədə xorasında müalicə kursu 3-4 həftə, 10-15
gündən sonra kursu təkrar etməli.
Uşaqlar üçün dozani belə hesablamalı: Uşağın hər yaşına böyuklər üçün olan
dozanın 1/20-si. Məsələn 10 yaşlı uşaq üçün doza böyük dozanin yarısı qədər.
Vərəmumlu yağ
5, 10, 15 və ya
20%-li vərəmumlu yağ preparatları hazırlanır. Bunun üçün 5, 10, 15 və ya 20
qram xırdalanmış vərəmumu minalı qaba qoyun və su hamamında qatı maye əmələ gələnə
qədər əridin. Sonra müvafiq olaraq 95, 90, 85 və ya 80 qram duzsuz kərə yağı əlavə
edin ( qarışığın ümumi çəkisi 100 qram olmalıdır). Temperaturun 80*C-dən artıq
olmaması şərti ilə zəif alovda 15 dəqiqə ərzində dayanmadan qarışdırın. Daha
sonra 2-3 qat tənzifdən süzüb tam soyuyana qədər qarışdırın. Vərəmumlu yağ
hazırdır. Daha yaxşı dadı olması üçün kofe və ya bal əlavə etmək olar.
Vərəmumlu yağ
yaşılımtıl-sarı rəngə, vərəmuma məxsus spesifik iyə malikdir, acıtəhər dadı
var.
Vərəmumlu yağ
antimikrob, ağrıkəsici və iltihab əleyhinə xassələri ilə seçilir. Vərəmumlu yağ
orqanizmin müdafıə qüvvəsini artırır, ən müxtəlif xəstəliklərin sürətlə
sağalmasına səbəb olur. Vərəmumlu yağ kimyəvi və termiki yanıqların, çətin sağalan
yara və xoraların, ağ ciyər vərəminin müalicəsində xüsusilə
qiymətlidir.
İstifadə
qaydası və dozası
Dozası- 5-10% li vərəmumlu yağdan -1 çay qaşığı, 15-20%li
vərəmumlu yağdan ½ çay qaşığı gündə 2-3 dəfə yeməkdən bir saat əvvəl isti südlə
qəbul etməli. Ağır çəkili adamlar dozanı 1.5 dəfə artıra bilər.
Qəbul kursunun müddəti xəstəlikdən asılıdır. Belə ki ağciyər vərəminin müalicəsində
vərəmumlu yaği 1.5-2 ay ərzində qəbul etmək lazimdır. Daha sonra iki həftəlik
fasilə və lazım gələrsə kursu təkrar etməli. Angina, bronxit, ağciyər iltihabı,
faringit və s. xəstəliklərdə sağlana qədər qəbul edilir.
Preparat ağzı hermetik bağlı tünd rəngli şüşə qabda soyuducuda saxlanmalıdır

